azadses.az » Cəmiyyət » İcra başçısı onun əmlakından yazan hüquqşünası həbs etdirir

İcra başçısı onun əmlakından yazan hüquqşünası həbs etdirir

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəyir. Səbəb isə hüquqşünasın bu icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, həmçinin rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının əllərindən alınması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda yazdıqlarıdır.

Qaynarinfo Bizimyol.info-ya istinadən xəbər verir ki, 31 yaşlı Fərid Qəribov həmin yazıları iyulun 24-də "Facebook” hesabından paylaşıb. Buna görə də icra başçısı onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb. Hüquqşünasın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir. Avqustun 11-də Balakən rayon Məhkəməsində hakim Zamin Talıbovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keşirilib.
İcra başçısı iddia ərizəsində yazıb ki, onun harın həyat tərzi sürməsi, büdcə vəsaitlərinin mənimsənilməsi və s. haqda yazılanlar şər-böhtandır.

Fərid Qəribov isə deyir ki, o, icra başçısını nə təhqir edib, nə də böhtan atıb, İ.Rzayevin Balakənin icra başçısı olduğu 9 il ərzindəki fəaliyyətini təhlil edib.

O,  açıqlamasında bildirib ki, sosial mediada icra başçısı haqqında paylaşımından sonra Balakən rayon Polis Şöbəsinə çağrılıb, orada kobud rəftarla üzləşib. Həmçinin telefonuna müdaxilə edilərək, icra başçısı haqqında tənqidi statusu pozublar: "Mənə deyirdilər ki, müxalifətçilik eləyirsən. Dedim ki, birincisi, müxalifətçi də adamdı, bu nə yanaşmadı. İkincisi, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Deyirdilər ki, icra başçısını təhqir eləmisən. Cavab verdim ki, təhqir yox, tənqid eləmişəm”.

Fərid Qəribov bildirir ki, bunun ardınca atasını da 42 il çalışdığı işindən uzaqlaşdırıblar. Onun sözlərinə görə, atası Qarabağ müharibəsinin iştirakçısı olub. Nə bunu, nə pandemiya dövrünü, nə də təqaüdə çıxmasına cəmi 11 ay qalmasını nəzərə almadan, atasını ərizə yazmağa məcbur edib, işdən çıxarıblar: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıb, işdən çıxarıblar. Atam Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiə nazirinə və digər dövlət orqanlarına şikayət edib”.

Daxili İşlər Nazirliyi Fərid Qəribovun Balakən rayon Polis Şöbəsində kobud rəftara məruz qalması haqda deyilənləri təkzib edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı