"İcra başçısı hansı üzlə Kamil Zeynallını ittiham edir?"AÇIQLAMA
- 14-04-2020, 18:26
- Cəmiyyət
“Allah bu koronavirusun atasına rəhmət eləsin, hələ çox qıvrımbaşların keçəlini görəcəyik”.
Azad Səs xəbər verir ki, bu fikiləri özünün facebook səhifəsində fikrini bu cümlələrlə ifadə etməyə çalışan tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. Onun sözlərinə görə, Pirallahı Rayon İcra Hakimiyyətinin Kamil Zeynallının tənqidi fikirlərinə verdiyi cavab həyasızlığın son həddidir: “Tək Xəzər bağları deyilən yerdəki qoca kişinin vəziyyətinə görə hamımız utanmalıyıq. 21-ci əsrdə, neft ölkəsində o səhnənin olması üz qarasıdır. Doğrudanmı illərdir, o sahəyə baxan yaramazlardan heç kim bunu görməyib?! Görməyibsə, kordur, görübsə heyvandır! Başqa bir ağlamalı səhnəni Pirallahıdakı ailənin vəziyyətində gördük. İndi hansı üzlə, Pirallahı İcra Hakimiyyəti utanmadan K.Zeynallını ittiham edir? Doğrudanmı artıq abır-həya deyilən bir şey qalmayıb? Yoxsa yenə hələ düşünürsünüz ki, həyasızlıq, qabalıq hesabına at oynadacaqsınız? Ölkədə baş verənləri demirəm, heç olmasa başınızı qaldırıb dünyaya baxın. Yemək-içməkdən başınız açılanda bir-iki qəzet, jurnal, kitab oxuyun”.