Oğuzda tələbə qəfil vəfat edib
- 20-08-2023, 16:04
- Cəmiyyət
Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib.
“Report"un Şimal-qərb bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.