İtkin düşən tələbə qız müəllimdən icazə alıbmış - Yenilənib
Abşeronda itkin düşən gənc qız axtarılır.
“Azadsəs.az”ın məlumatına görə, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.
21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.
***
Bakı Mühəndislik Universiteti (BMU) itkin düşən tələbənin aprelin 1-dən dərslərdə iştirak etmədiyini açıqlayıb. BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Azadsəs.az”a bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb: “Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub”.