azadses.az » Cəmiyyət » Azərbaycanda bu günə qədər 136 internet provayder uçota alınıb

Azərbaycanda bu günə qədər 136 internet provayder uçota alınıb

Bu günə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 136-dək operator və internet provayderini uçota alıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İKTA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, tənzimləyici qurum artıq 4-cü dəfədir ki, ölkədə fəaliyyət göstərən operator və internet provayderlərlə görüş keçirərək onlara tətbiq edilən yeniliklər və tələblər haqqında məlumat verilib.

Görüşdə tənzimləyici qurumun rolu, internet bazarında mövcud durum, provayderlərin uçotu, internet xidmətlərinin keyfiyyəti, provayderlərin müştərilərlə əlaqələrinin effektiv qurulması, bağlanmış müqavilələrin mövcud tələblərə uyğunluğu, provayderlərin qarşılaşdıqları problemlər və onların aradan qaldırılması ətrafında müzakirələr aparılıb.

Operator və internet provayderlərin diqqətinə çatdırılıb ki, xidmət bazarlarının təhlil edilməsi, sağlam rəqabətin formalaşdırılması və bu məqsədlə telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən keyfiyyət və digər göstəricilərə dair rüblük məlumatların toplanılması mühüm şərtlərdəndir.

Qeyd edək ki, Azərbaycanda operator və internet provayderlərinin uçotunun aparılmasına İKTA yaradılandan sonra başlanılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  2. Bakıda yolu keçən qadını avtomobil vurub
  3. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  4. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  5. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  6. Sumqayıtda təlim maşını yanıb
  7. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  8. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  9. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  10. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib