İnternetin sürətində nə üçün problem yaşanır? - RƏSMİ CAVAB
- 25-09-2020, 14:14
- Cəmiyyət
"Pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və istifadə olunan internet trafiki kəskin şəkildə artıb".
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib.
Nazirlik rəmisi qeyd edib ki, məktəb və universitetlər distant təhsilə keçdiyindən evdə oturan şagird və tələbələrin izlədiyi kontentlər bütün video trafikin təxminən 70 faizini təşkil edir:
"Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır. Təbii ki, belə olan halda çətinliklərin yaranması qaçılmazdır.
İstifadəçilərin internet xidmətlərinə tələbatının artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır. Görülən işlər arasında ilk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı internet xidməti təqdim edən provayder və operatorlar milli internet operatorlarından aldıqları tutumları artırıblar.
Ümumilikdə pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda cari ilin 8 ayı ərzində 100 min abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb. 65 minə yaxın vətəndaşın şəbəkəyə qoşulması tam təmin olunub".