İnternet sürəti üzrə yeni dünya rekordu qeydə alınıb
Yaponiyanın Rabitə və İnformasiya Texnologiyaları Milli İnstitutu (NICT) indiyədək mövcud olan ən sürətli internet göstəricisinin qeydə alındığını bəyan edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda NICT mühəndislərinin internet vasitəsilə məlumatların ötürülməsini saniyədə 319 terabit sürətlə həyata keçirməyə müvəffəq olduqları bildirilib. Sürət rekordunun əldə olunması zamanı 3 min kilometr uzunluğunda fiber ortik kabel mağıstralından istifadə olunub.
Qeyd edək ki, 178 terabit səviyyəsində olan əvvəlki rekord ötən il qeydə alınmışdı.