Mingəçevir GEM-də nə baş verir?-CİDDİ TƏHLÜKƏ VAR
- 6-08-2020, 15:13
- Cəmiyyət
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzində koronavirusa yoluxanlar var.
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzində bir neçə gün öncə əməkdaşlardan birində koronavirus aşkar olunub.
Bu barədə Kanal32.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib. Mənbənin sözlərinə görə,sözügedən idarədə yaranmış vəziyyətinin kritik həddə çatmasında Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin müdir əvəzi Validə Məmmədovanın günahı az deyil. Belə ki,indiyə kimi mərkəzdə koronavirusa qarşı heç bir qabqalayıcı proflaktik tədbir həyata keçirilməyib.Hələ bu azmış kimi işçilər müdir əvəzi Validə Məmmədovanın təkidi ilə tez-tez nəzarət etdikləri sexlərə və obyektlərə göndərilib. Elə həmin işçilərdən birində koronavirus aşkarlanıb.Ancaq bu hadisə Validə Məmmədovanı yenə də “ayıltmayıb”.Bu cür biganə və məsuliyyətsiz münasibət mərkəzin əməkdaşları tərəfindən etirazla qarşılanıb.Onlar tələb ediblər ki, həm idarənin əməkdaşları, həm də virusa yoluxmuş həmin işcinin əlaqədə olduğu sexlərdə çalışanlar testdən keçirilsin.İddialara görə icra başçısına güvənən Mingəçevir GEM-in müdir əvəzi Validə Məmmədova əvvəlcə bu tələbə etiraz etsə də,sonradan haqlı tələblər qarşısında fikrindən daşınıb və 15 nəfərə yaxın işçidən “yaxma” götürülüb. Nəticələr isə ürəkaçan olmayıb.İlkin məlumata görə,hələki iki nəfər əməkdaşın testi pozitiv çıxıb.Bir nəfər əməkdaş isə bir neçə gündür ki,yüksək temeratur səbəbindən işə gəlmir( Virusa yoluxan şəxslərin kimliyi redaksiyamıza məlumdur).
Yaşanan bu olaylardan sonra haqlı bir sual yaranır.Görəsən,bütün dünyanın,o cümlədən Azərbaycanın qarşısında aciz qaldığı COVİD-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda kiçik bir idarədə elementar qaydalara riayət etməyən, ilkin qabqalayıcı tədbirlər görə bilməyən GEM rəhbəri Validə Məmmədova şəhərin gigiyenik və epidemioloji vəziyyətinə necə nəzarət edə bilər???
Bir sözlə,Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin müdir əvəzi Validə Məmmədovanın yersiz təkəbbürü və məsluliyyətsiz davranışı çox təhlükəli və faciəvi bir vəziyyətin əsasını qoyub. Müvafiq qurumların rəhbərlərinin müdaxiləsi mütləqdir. Çünki belə bir strateji idarənin rəhbərliyini daha savadlı,çevik, məsuliyyətli və işgüzar kadrlara tapşırmaq lazımdır.
Yəqin ki,fəaliyyəti dövründə tələbkarlığı,xüsusi işgüzarlığı və yüksək təşkilatçılıq qabiliyəti ilə tanınan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova mövcud problemlə bağlı ölçü götürəcək.
Redaksiya olaraq bildiririk ki,yazıda adı çəkilən şəxslərin və aidiyyatı orqanların mövqeyini işıqlandırmağa hazırıq.