Şəkidə iki vəzifəli şəxs işdən azad edildi - SƏBƏB
- 7-04-2023, 18:50
- Cəmiyyət
Şəkidə iki vəzifəli şəxs işdən azad edilib, biri isə təqaüdə göndərilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov sərəncam imzalayıb.
Bildirilib ki, işdən azad edilənlər başçının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri Orxan Məmməd Rasim oğlu Hüseynli və baş memar Taleh Saleh oğlu Alxasovdur. Hər iki məmurun işdə yol verdiyi nöqsanlara görə azad edildiyi bildirilir.
Mənbənin məlumatına görə, Şəki şəhər icra hakimiyyətinə müraciət olunsa da sorğuya cavab verilməyib.
Məlumatda o da qeyd edilir ki, icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən Əhmədiyə Bəşirov isə yaş həddi bitdiyindən təqaüdə göndərilib.