Şahin Bağırov polkovniki işdən çıxardı - FOTO
![Şahin Bağırov polkovniki işdən çıxardı - FOTO](/uploads/posts/2022-12/fotojet-99.jpg)
Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.
![](/uploads/posts/2022-12/27db4fe8c013c980c85e7fbea2667a0308daaedb-b478-4e42-a598-c5b293ffba0e-jpg.jpg)