İcra Hakimiyyətində 18 il işləyən birinci müavin vəzifədən getmək üçün ərizə yazıb - YENİLƏNİB
- 25-02-2023, 15:29
- Cəmiyyət
Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Turani Əliyev yaş həddi ilə bağlı təqaüdə yola salınıb.
“Report” xəbər verir ki, dövlət qulluğunda olmanın yaş həddi başa çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Turani Həndəm oğlu Əliyev uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, 2006-cı il aprelin 24-dən 2006-cı il noyabrın 7-dək Göygöl RİH başçısının Aqrar məsələlər üzrə müavini, 2006-cı il noyabrın 7-dən hazıradək RİH başçısının birinci müavini vəzifəsində çalışıb.
Eyni zamanda T.Əliyev 2020-ci ilin mayın 22-dən 2022-ci il iyulun 25-dək İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edib.
O, həmçinin 2010-2022-ci illərdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri vəzifəsində işləyib.
11:25
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əliyev Turani Həndəm oğlu vəzifədən azad olunması üçün ərizə yazıb.
O, “Report”un Qərb bürosuna məlumatı təsdiqləyib.
T.Əliyev 65 yaşı tamam olduğuna görə vəzifədən azad olunması üçün ərizə yazdığını bildirib.
Birinci müavin hazırda məzuniyyətdə olduğunu və ərizəsini də təqdim etdiyini söyləyib.
Qeyd edək ki, T.Əliyev 18 il Göygöl Rayon İcra Hakimiyyətində vəzifədə çalışıb. O, bir müddət icra başçısının səlahiyyətlərini də icra edib.