İsrail Türkiyəyə yardım göndərəcək
İsrail zəlzələdən zərər çəkmiş Türkiyə Cümhuriyyətinə yardım göndərəcək.
Bu barədə İsrailin xarici işlər naziri Eli Koen özünün “Twitter” hesabında yazıb.
İsrailin XİN rəhbəri bəyan edib ki, o, Türkiyədə baş vermiş fəlakətlə mübarizə aparmaq məqsədilə nazirliyə fövqəladə yardım proqramı hazırlamaq barədə göstəriş verib.