Azərbaycanda Yeni ilin ilk uşağı dünyaya gəlib - FOTO
![Azərbaycanda Yeni ilin ilk uşağı dünyaya gəlib - FOTO](/uploads/posts/2023-01/fotojet-2.jpg)
Azərbaycanda 2023-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyindəki 4 saylı Doğum Evində dünyaya gəlib.
“Report”un məlumatına görə, bu gün saat 00:01-də doğulan körpənin cinsi oğlan, çəkisi 2 kilo 700 qramdır.
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaq ananın üçüncü hamiləliyi olub.
Yenidoğulmuşun və ananın vəziyyəti sabitdir.
![](/uploads/posts/2023-01/457395b5-9550-3f18-8a67-e54cf2e4b542.jpg)