Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab...
- 30-05-2022, 19:38
- Cəmiyyət
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verirlər.
Modern.az saytı bununla bağlı Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatları sizə də təqdim edir.
Son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib.
Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar.
1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib.
Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub.
15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək.
Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir.
Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.