Almaniyada yaşayan iş adamı Rəna Nizami Toppuş bacıya yardım etdi
Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") müalicəsinə kömək məqsədilə Almaniyada yaşayan soydaşımız, iş adamı Rəna Nizami yardım edib.
Tünzalə üçün “ağıllı dərman” preparatlarının ikinci hissəsini soydaşımız alıb. İynələr 21 gündən bir vurulmalıdır. Onkoloqu tərəfindən nəzarətlə xüsusi preparatın birinci hissəsi aktrisaya köçürülüb.
Qeyd edək ki, Rəna Nizami 7ildir ki, Almaniya və digər Avropa ölkələrində yaşayan soydaşlarımıza dəstək olub. Eyni zamanda Azərbaycanda çox sayda aksiya keçirərək ehtiyacı olan ailələrə ərzaq yardımları edib. O eyni zamanda "Doğmalarımız" (qadınlar üçün qrup) qrupunun rəhbəridir.