FHN rəsmisi: “Hadisə nəticəsində dəymiş ziyanın hesablanması aparılır”
- 12-10-2020, 15:19
- Siyasət
Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələrinin əməkdaşları əraziyə cəlb olunublar. Düşmənin raket hücumu nəticəsində Gəncədə 31 mənzilli üç bina dağılıb.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu sözləri Fövqəladə Hallar nazirinin müavini Rəhim Lətifov xarici diplomatlara Gəncədəki hadisələr barədə məlumat verərkən deyib.
O bildirib ki, dörd bina, bir yaşayış evi qəzalı vəziyyətə düşüb:
“Eyni zamanda şəhərdəki ticarət obyektlərinə, digər yaşayış binalarına da müxtəlif dərəcəli ziyan dəyib. Yeddi yaşayış və bir fərdi yaşayış binasında 95 mənzildə 205 Gəncə sakini yaşayırdı. Hadisə zamanı dağıntılar altından həlak olmuş 9 mülki vətəndaşın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 35 mülki vətəndaşımız isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
R.Lətifov onu da əlavə edib ki, hadisədən dərhal sonra FHN-nin həkim və psixoloqlardan ibarət briqadası tərəfindən sakinlərə yardım göstərilib:
“Sakinlərə psixoloji yardım göstərilməsi üçün nazirliyin həkim briqadası Gəncəyə ezam olunub. Hadisə nəticəsində dəymiş ziyanın müəyyən olunması məqsədilə FHN-də yaradılan xüsusi komissiyanın üzvləri tədbirləri davam etdirirlər. Artıq binada yaşayan sakinlərin sayı dəqiqləşdirilmiş, dağıntılar altında heç kimin qalmadığına tam əmin olduqdan sonra xilasetmə işləri dayandırılıb və əməkdaşlar dislokasiya yerini tərk ediblər”.