Ərzaq yardımı davam edəcəkmi? - AÇIQLAMA
- 21-12-2020, 12:56
- Cəmiyyət
Heydər Əliyev Fondu Regionların İnkişafı İctimai Birliyi (RİİB) ilə birgə koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə ərzaq yardımı göstərmək üçün 2020-ci ilin aprel ayından etibarən "Biz birlikdə güclüyük" layihəsinə başlamışdı. Hətta, bununla bağlı www.bizbirlikdegucluyuk.az portalı da yaradılmışdı. Aztəminatlı ailələr qeydiyyatdan keçərək yardım üçün müraciət edir, eyni zamanda yardım göstərmək istəyən şəxslər portalda qeydiyyatdan keçərək iayənə edə bilirdilər.
Hazırda isə həmin portal fəaliyyətini dayandırıb, yardım üçün müraciət və ianə etmək mümkün deyil. Yardıma ehtiyacı olan aztəminatlı ailələr tərəfindən sözügedən portalın fəaliyyətinin bərpa olunub-olunmayacağı ilə bağlı "MediaPost"a demək olar ki, hər gün müraciətlər daxil olur.
''Azad Səs'' xəbər verir ki, "MediaPost" məsələ ilə bağlı RİİB-ə müraciət edib.
Birlikdən "MediaPost"a bildirilib ki, ianələr dayandığı üçün "Biz birlikdə güclüyük" sosial aksiyası dayandırılıb. Portalın bağlanması bununla bağlıdır. Aksiyanın yenidən bərpa edilməsi məsələsinə gəlincə, RİİB-dən deyiblər ki, bununla bağlı onlarda hələlik hər hansı bir məlumat yoxdur: "Bu məsələ rəhbərliyin qərarından aslı olacaq".
Qeyd edək ki, "Biz birlikdə güclüyük" sosial aksiyası çərçivəsində hər bir aztəminatlı ailəyə gündəlik tələbata uyğun olaraq 17 adda və 70 manat həcmində ərzaq məhsulu çatdırılırdı.