“Məqsədimiz ölkəmizi bu sahə üzrə qabaqcıl yerlərə aparmaqdır” - Kibertəhlükəsizlik mütəxəssisi
“Son illərdə ölkəmizdə həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik sahəsinin vacibliyi vurğulanır və bu istiqamətdə artıq bir çox yenilikçi dünya təcrübəsinin tətbiqinə başlanılıb”.
"Qafqazinfo" xəbər verir ki, bunu kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis Azər Əlili deyib.
O bildirib ki, illər öncə kibertəhlükəsizlik müəyyən fərdlərdən ibarət idisə, bugün artıq kiberəhlükəsizlik komandaları mövcuddur.
A.Əlilinin sözlərinə görə, sevindirici haldır ki, bu komandalardakı əməkdaşlar sahə üzrə qabaqcıl bilik və sertifikatlara malikdir və daim inkişaf edirlər.
Məlumat üçün bildirək ki, A.Əlilinin son dövrlərdə Azərbaycanı beynəlxalq arenada təmsil etməsi mətbuatda xeyli maraq doğurub.
Ətraflı
O, açıqlaması zamanı xaricdə keçirilən tədbirlərlə də əlaqədar məlumatlar verib.
Bildirib ki, analoji olaraq hər il bir neçə dəfə dəfə bu kimi tədbirlər fərqli şəhərlərdə keçirilərək kibertəhlükəsizlik kommunitisinin genişlənməsinə və yeni inkişaf yollarının axtarılmasına xidmət edir: “Biz bu tədbirlərdə həm ölkəmizdə aparılan işlər və bu sahədəki potensialı dünya miqyasına çatdırır, həmçinin də dünya təcrübəsini öyrənərək ölkəmiz üçün yeni inkanları araşdırmağa çalışırıq. Son iki tədbirdə xüsusilə son vətən müharibəsi zamanı ölkəmizin Kiber Təhlükəsizlik sahəsində apardığı genişmiqyaslı tədbirlərdən, həlli üsullarından müzakirələr apardıq. Londanda keçirilən “TechEx Global Cybersecurity and Cloud Expo 2022” və Abu Dabidə keçirilən Beynəlxalq Milli Təhlükəsizlik və Davamlılıq Sərgisi zamanı kiçik çıxışım zamanı yanaşdığım nəzəriyyələr Böyük Britaniya Beynəlxalq Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Müdafiə və Kibertəhlükəsizlik Departamentinin səfirinin diqqətini cəlb etdi və yaxın aylarda ayrıca bir görüş keçirərək ətraflı müzakirəsini planlayırıq”.
Kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis Azər Əlili gələcək planlarından da söz açıb.
O vurğulayıb ki, ölkəmizdə bu sahənin son illərdə inkişafı qururvericidir: “Amma hələ də görəcəyimiz çoxlu işlər var. Daha əvvəllər komandamda mənimlə işləmiş əməkdaşlar ölkəmizdə və ölkəmizdən kənarda bir çox qabaqcıl şirkətlərdə çalışaraq bir növ mənə bu sahədə işlərimi dəvam etdirməkdə həvəs verirlər. Fikrimiz kibertəhlükəsizlik sahəsi üzrə Azərbaycan kommunitisi qurmaq və ölkəmizi bu sahədə dünya üzrə qabaqcıl yerlərə aparmaqdır. Çox yaxın gələcəkdə artıq kibertəhlükəsizlik sahəsində daxili bazarımızda ölkəmizin istedadlı gəncləri tərəfindən yaradılmış yeni həllərin və startupların şahidi olacaqsınız. Biz həm də paralel olaraq bu idayaların inkişaf etdirilməsi və Kiber Təhlükəsizlik startupları üçün investisiya mühitinin formalaşdırılması istiqamətində də çalışırıq”.
Qeyd edək ki, kibertəhlükəsizlik üzrə peşəkar olan Azər Əlili 15 ildən çoxdur ki, İnformasiya Təhlükəsizliyi sahəsi üzrə regionumuzda əsas söz sahibidir. Ötən dövr ərzində öz təcrübəsi ilə ölkəmizdə kiber təhlükəsizliyin qurulmasında və inkişaf etdirilməsində müstəsna xidmətləri olmuş A.Əlili beynəlxalq arenada da sahəsi üzrə regiounun təmsilçisi kimi tanınır.