Buğda unundan hazırlanan çörəyə dair dövlət standartı təsdiq edilib
- 4-10-2021, 14:15
- İqtisadiyyat / Manset
Azərbaycanda istehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, standartı Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu hazırlayıb.
Son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.