Xidmət rəisi “Uğur yolu” karyera inkişaf proqramının qalibi ilə görüşdü - Fotolar
- 21-04-2022, 19:21
- Cəmiyyət
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Aqşın Eminovla mentorluq proqramına başlayıb.
"Azadsəs.az" xəbər verir ki, müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əhəmiyyətli effektiv nəticənin əldə olunması məqsədilə qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində qalibin qısa və uzun müddətli hədəflərinə, o cümlədən gələcək karyerası üçün məqsədlərinə doğru irəliləməsinə dəstək olacağını vurğulayan Dövlət Xidmətinin rəisi ölkədə istedadlı, liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini qeyd edib.
Aqşın Eminov birlikdə həyata keçiriləcək proqramın fərdi inkişafı üçün xüsusi önəmini vurğulayıb.
Görüşdə səmərəli fərdi inkişaf, idarəetmədə qənaətbəxş nəticələrin əldə olunması üçün alətlər və qərarların qəbuluna təsir edən faktorlar barədə müzakirələr aparılıb.