azadses.az » Cəmiyyət » “Bazarların sayının az olması qiymət artımına əlavə təzyiqlər göstərir” - İqtisadçıdan AÇIQLAMA

“Bazarların sayının az olması qiymət artımına əlavə təzyiqlər göstərir” - İqtisadçıdan AÇIQLAMA

“Ölkədə bahalaşma və inflyasiya artım templəri digər illəri üstələyir. Buna obyektiv amillər daha çox təsir göstərir. Digər ölkələrdə isə ideal inflyasiya daha çox rol oynayır”.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bahalaşma prosesinin davam etməsi ilə bağlı münasibət bildirərkən deyib.



Ekspertin sözlərinə görə, bazarların sayı artırılmalıdır:

“Bahalaşmaya süni amillər daha çox təsir edir. Bəzən biz marketlərdə bir saat içində qiymət artımını müşahidə edirik. Sözsüz ki, bu bahalaşmanı artıq aradan qaldırmaq üçün müvafiq tədbirlər görülməlidir. İlk növbədə ölkədə rəqabətin artırılmasına ehtiyac var. Bakı şəhərində bu dəqiqə bazarların sayı çox azdır. Bu da qiymət artımına əlavə təzyiq göstərir. Çünki marketlər əsasən daha çox monopoliya mövqeyindədirlər.

Bir neçə şəbəkə marketləri var ki, onlarda da rəqabətdən daha çox razılaşmalar müşahidə edirik. Bu cür halların qarşısını almaq üçün hesab edirəm ki, monopoliya təzahürləri ilə mübarizə aparmaq, rəqabət məcəlləsinin qəbul edilməsini tezləşdirmək lazımdır. Pərakəndə ərzaq bazarlarının sayı da artırılmalıdır.

Bakıda hazırda 3 bazar fəaliyyət göstərir. Birinin fəaliyyəti çox zəifdir. 8-ci km-də qiymətlər marketlərlə müqayisədə çox aşağıdır. Bu da onu deməyə əsas verir ki, rəqabət çoxdur, böyükdür. Bu da qiymətlərin süni artırılmasının qarşısını alır”.

E.Kərimli qeyd edib ki, bahalaşma daha çox Bakı şəhərində müşahidə olunur:

“Çünki Bakıya vasitəçilərin əli ilə məhsul gəlir. Bu da qiymətin dəfələrlə artımına səbəb olur. Bahalaşma səbəbindən ailələr əziyyət çəkirlər. Bu gün bir ailənin yaşayışı üçün adambaşı 500 manat tələb olunur. 4 nəfərlik ailəyə artıq 2000 manat arasında vəsait lazımdır. Bu gün ölkədə aşağı əmək haqqı 800 manatın üzərindədir. Bu 4-5 nəfərlik ailə üçün sözsüz ki, azdır.

Bahalaşma ilə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir. İlk öncə idxaldan asılılığımızı azaltmalıyıq. Gündəlik tələbat məhsullarının ölkəmizdə istehsalını artırmalıyıq. Avropa ölkələrində ödədiyiniz verginin ilin sonunda geri qayıtma təcrübəsi var. Bu təcrübə bizdə də fərqli şəkildə tətbiq edilsin. Bu həm büdcə ödənişlərinin artmasına köməklik edəcək, həm də insanları təşviq edə bilər”.

İqtisadçı əlavə edib ki, ölkəyə ərzaqların müəyyən şirkətlər tərəfindən gətirilməsinin qarşısı alınmalıdır:

“Qiymətləri insanların gəlirinə görə tənzimləmək mexanizmi yoxdursa, tələb və təklif əsasında formalaşacaq. Bu gün tələb aşağı düşürsə, insanların gəlirləri az olduğundan qiymət özü avtomatik aşağı düşəcək. Bunun üçün rəqabət mühitini genişləndirmək lazımdır. Rəqabət çoxalsa və liberal şərait olsa, sözsüz ki, tələb aşağı düşdükcə qiymətlər aşağı düşəcək. Rəqabət buna məcbur edəcək. Süni rəqabət və inhisarçılıq meyilləri olanda isə tələbin aşağı düşüb-düşməməsi rol oynamır. Qiymətlər diktə olunur.

Təminat kanallarımızı da şaxələndirməliyik. Ərzaqlar ölkəyə müəyyən şirkətlər tərəfindən gətirilir. Bunun qarşısı alınmalıdır ki, hər bir sahibkar istənilən ölkədən, istənilən ərzağı rahatlıqla istehsal edə bilsin. Bu da qiymətlərə təsir edəcək.

Məhsulun qiyməti bir ölkədə baha, bir ölkədə ucuz ola bilər. Bu gün daha çox inhisarçı mövqedə olan şirkətlər özləri qiyməti diktə edirlər. Sahibkarlara da şərait yaradılsa və imkanlar verilsə, digər ölkələrə ərzaq idxal oluna bilər. Bu da qiymətlərin aşağı düşməsinə təsir edəcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?