azadses.az » İqtisadiyyat » İqtisadçı-ekspert: “Unun qiymətində bahalaşmalar gözlənilir” - FOTO

İqtisadçı-ekspert: “Unun qiymətində bahalaşmalar gözlənilir” - FOTO

“Ukraynada baş verən müharibə və quraqlıq səbəbindən unun qiymətində müəyyən bahalaşmalar gözlənilir. Bunu yaxın günlərdə piştaxtalarda da hiss edəcəyik. Sentyabrda bunun təsirini görəcəyik”.

Bunu unun qiymətinin bahalaşacağı xəbərləri ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimli deyib.

Xatırladaq ki, Ukrayna və Rusiya müharibəsi səbəbindən bir çox ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bütün dünyada baş verən qlobal inflyasiya Ukraynadakı müharibə ilə əlaqələndirilir.



Bahalaşma ölkəmizdən də yan keçməyib. Ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu azmış kimi, un məhsullarının qiymətinin yaxın günlərdə artacağı ilə bağlı məlumatlar dolaşır. Xüsusən də unun qiymətinin qalxacağı bildirilib.

Bəs görəsən, bu informasiyalar nə dərəcədə həqiqəti əks etdirir?

İqtisadçının sözlərinə görə, müharibə taxıl ehtiyatına öz mənfi təsirini göstərib:

“Dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında hazırda müharibə var. Rusiyaya tətbiq olunan sanksiyalar, embarqolar, eyni zamanda Ukraynanın öz məhsulunu ölkədən çıxara bilməməsi problemi də var idi.

Artıq Ukrayna dəniz ölkəsi deyil. Ukraynanın Qara dənizdəki bütün portları, limanları Rusiyanın nəzarəti altındadır. Taxıl kalidoru ilə bağlı İstanbulda imzalanan müqavilə əsnasında Ukraynadan gələn taxıl Türkiyə vasitəsilə dünya bazarına çıxarılacaq. Bu, dənli bitkilərdən, taxıl və buğdadan əldə olunan məhsulların qiymətinə nisbətən təsir göstərəcək”.

A.İbrahimli qeyd edib ki, sentyabr ayında piştaxtalarda qiymət artımının şahidi olacağıq:

“Un və un məhsullarının qiymətində sentyabr ayında artım gözlənilir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov isə əlavə edib ki, dünyada gedən proseslər Azərbaycanın taxıl bazarına da öz təsirini göstərir:



“Məlumdur ki, ümumən taxıl məhsulları ilə bağlı dünya bazarlarında qiymət artımları mövcuddur. Rusiya Ukrayna müharibəsi və digər geosiyasi proseslər bu amillərə təsir edir. Taxıl ehtiyatları üçün Azərbaycan hökuməti müvafiq addımlar atır. 70 faizdən çox taxılı idxal edirik. İdxalımızın 95 faizini Rusiyadan alırıq.

Bu proseslər müəyyən dərəcədə önəmli şəkildə köməklik göstərəcək. Digər tərəfdən biz taxılı idxal edirik. Ona görə dünya bazarında gedən proseslər Azərbaycanın taxıl bazarına da öz təsirini göstərir. Azərbaycanda taxıl və un məhsullarının qiymətində kəskin bahalaşmanın qarşısının alınması üçün müvafiq tədbirləri həyata keçirir. İdxaldan asılı olduğumuz üçün dünya bazarında qiymətlər bizim bazara da təsir edir. Maksimum çalışır ki, vətəndaşlarımız üçün qiymətlər əlçatan olsun”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?