azadses.az » Cəmiyyət » Əcnəbi səyahətçilərin Şərqi Zəngəzura səfəri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Əcnəbi səyahətçilərin Şərqi Zəngəzura səfəri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) Şərqi Zəngəzura səfəri başa çatıb.

“Report”un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veley olub.

Səyyahlar səfərin marşrutuna uyğun olaraq üçüncü gün Zəngilan rayonuna səfər ediblər. Onlar bu rayonlarda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə və azad olunan ərazilərdə tikinti-quruculuq işləri ilə tanış olublar.



Həmçinin səyyahlar Zəngilan rayonunun Ağalı kəndinə baş çəkib, yaşayış məntəqəsindəki quruculuq işləri, yerli sakinlərin həyat fəaliyyəti ilə maraqlanıblar.

Daha sonra səyyahlar Cəbrayıl rayonundakı Xudafərin körpüsünə doğru yola düşüblər. Burada onlara tarixi abidə barədə geniş məlumat verilib, körpünün 2020-ci il oktyabrın 18-dək erməni işğalı altında olması vurğulanıb.

11:37

Beynəlxalq ziyarətçilər Cəbrayıl rayonundakı Xudafərin körpüsünü, habelə tarixi abidənin yanındakı ermənilər tərəfindən dağıdılmış Tirə kəndini ziyarət ediblər.

“Report”un əməkdaşı xəbər verir ki, qonaqlara Xudafərin körpüsünün qədim tarixi barədə məlumat verilib, 2020-ci ilin payız ayınadək bu tarixi abidənin erməni işğalı altında olması vurğulanıb.



11:02

Azərbaycana gələn dünya səyyahları işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər.

“Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblər.

Onlar Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri, eyni zamanda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə tanış olublar.




09:16

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın əcnəbi səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

“Report”un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (“Most Travelled People”- red.) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleyin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri baş tutub. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Xatırladaq ki, bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), “Nomadmania” klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura üç dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu, sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edirlər.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”