azadses.az » Siyasət » Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşdü

Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

XİN-dən "Azadsəs.az"a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir, İSESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar sırasında olduğunu məmnunluqla vurğulayıb.

Nazir, Azərbaycan hökuməti tərəfindən ölkə ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqətin ayrıldığını qeyd edib, həmsöhbətinin diqqətini xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının tarixi-mədəni irsinin məqsədli dağıdılması faktına yönəldib.

O, hazırda azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən tarixi, dini və mədəni abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən danışıb.

Ceyhun Bayramov, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini minnətdarlıqla ifadə edib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik Azərbaycanın İSESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkənin təşkilatın işinə verdiyi töhfəni təqdir edib.

Hazırkı səfəri çərçivəsində Şuşa şəhərində keçiriləcək konfransda iştirak edəcəyini qeyd edən Baş direktor, həmçinin yaxın günlərdə İSESCO-nun xüsusi missiyasının Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcəyini söyləyib. İSESCO Baş direktoru cari səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını məmnunluqla qeyd edib.

Görüşdə tərəflər, İSESCO-Azərbaycan əməkdaşlığının perspektivləri, o cümlədən gənclərin iştirakı ilə sülh gündəliyini təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, habelə tarixi-mədəni abidələrin qeydiyyatının həyata keçirilməsi və digər məsələlər ətrafın fikir mübadiləsi aparıblar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  2. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  3. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  4. Şabranda evə basqın olub, ölən və yaralanan var
  5. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  6. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  7. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  8. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  9. Bakıda yolu keçən kişini avtomobil vurub
  10. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”