Главная > Cəmiyyət > Əcnəbi səyahətçilərin Şərqi Zəngəzura səfəri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
Əcnəbi səyahətçilərin Şərqi Zəngəzura səfəri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO10-09-2022, 15:17. Разместил: admin |
Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) Şərqi Zəngəzura səfəri başa çatıb. “Report”un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veley olub. Səyyahlar səfərin marşrutuna uyğun olaraq üçüncü gün Zəngilan rayonuna səfər ediblər. Onlar bu rayonlarda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə və azad olunan ərazilərdə tikinti-quruculuq işləri ilə tanış olublar. Həmçinin səyyahlar Zəngilan rayonunun Ağalı kəndinə baş çəkib, yaşayış məntəqəsindəki quruculuq işləri, yerli sakinlərin həyat fəaliyyəti ilə maraqlanıblar. Daha sonra səyyahlar Cəbrayıl rayonundakı Xudafərin körpüsünə doğru yola düşüblər. Burada onlara tarixi abidə barədə geniş məlumat verilib, körpünün 2020-ci il oktyabrın 18-dək erməni işğalı altında olması vurğulanıb. 11:37 Beynəlxalq ziyarətçilər Cəbrayıl rayonundakı Xudafərin körpüsünü, habelə tarixi abidənin yanındakı ermənilər tərəfindən dağıdılmış Tirə kəndini ziyarət ediblər. “Report”un əməkdaşı xəbər verir ki, qonaqlara Xudafərin körpüsünün qədim tarixi barədə məlumat verilib, 2020-ci ilin payız ayınadək bu tarixi abidənin erməni işğalı altında olması vurğulanıb. 11:02 Azərbaycana gələn dünya səyyahları işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər. “Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblər. Onlar Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri, eyni zamanda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə tanış olublar. 09:16 Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın əcnəbi səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb. “Report”un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (“Most Travelled People”- red.) klubunun təsisçisi Şarl Veleydir. Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleyin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri baş tutub. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. Xatırladaq ki, bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), “Nomadmania” klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura üç dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu, sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edirlər. Вернуться назад |