azadses.az » Cəmiyyət » Suvarma sistemində yenilik: “Buğda ilə təminat səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb” - FOTO

Suvarma sistemində yenilik: “Buğda ilə təminat səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb” - FOTO

“Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı ölkə başçısının imzaladığı fərmanla yeni mexanizmlər hazırlanıb”.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O qeyd edib ki, bu mexanizmə əsasən, ilk növbədə dövlət dəstəyi ilə müasir, daha yüksək məhsuldarlığa imkan verən texnologiyalar, xüsusilə pilot suvarma sistemləri texnologiyaları təşkil olunacaq.

“Suvarma sistemlərinin 40%-i dövlət tərəfindən subsidiyalaşdırılacaq. Həmçinin, yerdə qalan vəsait güzəştli kreditlərlə təmin olunacaq. Bununla da 55-65 sentner səviyyəsində məhsuldarlıq əldə edən təsərrüfatların, sahələrin xüsusi çəkisi genişlənmiş olacaq. Eyni zamanda, pilot suvarma texnologiyalarını tətbiq edən təsərrüfatlar tərəfindən istehsal olunan ərzaqlıq buğdaya görə 2023-cü ildən məhsul subsidiyası da ayrılacaq. Söhbət bu payız əkiləcək taxıllardan gedir. Yəni subsidiyalar həm texnologiyalara, həm də məhsula görə ayrılacaq. Bu təşviq mexanizmləri ərzaqlıq buğda istehsalının artımı baxımından olduqca ciddidir”.



F.Fikrətzadə onu da əlavə edib ki, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızın tədricən təsərrüfat dövriyyəsinə cəlb olunması hesabına həmin ərazilərdə də taxıl istehsalının artımına nail olunacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62% idi:

“Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində, əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən üç-dörd il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80% səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.

İl ərzində ölkənin kartof toxumuna tələbatı isə 168,3 min ton təşkil edib. Bunun cüzi hissəsi yerli istehsal, 32,1 min tonu idxal hesabına ödənilib. Son nəticədə 136,2 min ton toxuma əlavə ehtiyac yaranıb.

Xatırladaq ki, ənənəvi olaraq Azərbaycanda hər il 550-600 min hektar ərazidə buğda əkilir. Bu gün ərzaqlıq buğda ilə təminetmə əmsalı 25% təşkil edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”