Azərbaycan aliminin koronavurusa qarşı hazırladığı vaksin artıq hazırdır
- 29-07-2020, 12:30
- Cəmiyyət
AMEA-nın Molekulyar Biologiya İnstitutunun müxbir üzvü Tərlan Məmmədovun iştirakı ilə koronavurusa qarşı hazırlanan bitki mənşəli vaksin artıq sınaq mərhələsindədir.
Azad Səs-in məlumatına görə, bu barədə AMEA-nın birinci vitse-prezidenti, Elmi Şuranın sədri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli "teleqraf.com"a müsahibəsində bildirib.
"Tərlan Məmmədov Türkiyənin Ağdəniz Universitetinin alimləri ilə birlikdə pandemiyaya qarşı mübarizə üçün vaksinlərin hazırlanması işinə cəlb olunub. O, Azərbaycan və Türkiyə alimlərindən ibarət bir qrup formalaşdırıb. Bizim üçün əhəmiyyətli tərəfi odur ki, bu qrupa Azərbaycan alimi rəhbərlik edir. Onlar bitki mənşəli vaksinlər hazırlamaq üzərində iş aparırlar. Bu yaxınlarda öyrəndim ki, vaksinin hazırlanmasında ilkin mərhələ başa çatıb. Tərlan Məmmədovun apardığı bu tədqiqat artıq sınaqdan keçirilmə mərhələsindədir",- deyə İsa Həbibbəyli vurğulayıb.