azadses.az » Siyasət » Prezident və Birinci vitse-prezident nekroloq imzaladı

Prezident və Birinci vitse-prezident nekroloq imzaladı

“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir"
rezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva professor Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Azadsəs-in məlumatına görə, nekroloqda deyilir:“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev 2020-ci il yanvarın 7-də ömrünün 86-cı ilində vəfat edib. Bahadır Tağıyev 1934-cü il mart ayının 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almış, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1960–1962-ci illərdə aspirantura təhsilini SSRİ Elmlər Akademiyasının Leninqraddakı Yarımkeçiricilər İnstitutunda davam etdirib.
Əmək fəaliyyətinə 1956-cı ildə Masallı rayonunda başlayan Bahadır Tağıyev 1959-cu ilədək burada kənd və qəsəbə orta məktəblərində müəllim işləmişdir. O, 1962-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, Akademiyanın Fizika İnstitutunda 1966-cı ilədək kiçik elmi işçi, 1966–1974-cü illərdə böyük elmi işçi, 1974–1993-cü illərdə laboratoriya müdiri olmuş, 1993–2002-ci illərdə institut direktorunun birinci müavini, 2002-ci ildən institutun baş elmi işçisi, problem şurasının rəhbəri vəzifələrində çalışmışdır. Bahadır Tağıyev, eyni zamanda, 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləmiş, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olub.
Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1984-cü ildə professor elmi adı almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Аkademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə etmişdir. Həmin nəticələrdən yarımkeçiricilərdə və dielektriklərdə qüvvətli sahədə elektrikkeçirmənin nəzəri əsaslandırılması və nadir torpaq elementlərinin atomdaxili elektron keçidlərinin hesablanması zamanı geniş istifadə olunmuşdur. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılıb tətbiq edilib.
Bahadır Tağıyev ölkəmizdə və onun hüdudlarından kənarda işıq üzü görmüş 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilmişdir. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən Bahadır Tağıyevin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirib.
Akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almış, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və pedaqoq Bahadır Hüseyn oğlu Tağıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Ramiz Mehdiyev
Ceyhun Bayramov
Arif Paşayev
İbrahim Quliyev
Nazim Məmmədov
Cavad Abdinov
Telman Əliyev


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  2. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  3. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  4. Bakıda yolu keçən qadını avtomobil vurub
  5. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  6. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  7. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Sumqayıtda təlim maşını yanıb
  9. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  10. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib