azadses.az » Cəmiyyət » Ruhunu itirən Bakı..

Ruhunu itirən Bakı..

Bakı modern dünya ilə tarix vəhdətinin yaratdığı mistik ab-havası ilə bir çox turistin maraq dairəsindən kənarda qalmamaqla onların həyatında özünə yer edib. Küləklər şəhəri qeyri-adi sintezi ilə insanda alüdəçilik hissi yaradır. Və ya yaradırdı...

Mədəniyyət elə bir anlayışdır ki, onu yaşatmaq, gələcək nəsillərə ötürmək və təbliğ etmək, ona sahib çıxmaq xalqın borcudur. Lakin bu gün Bakının məşhur və ən çox turist cəlb edən küçələrində gəzəndə özünü Qafqazın incisi sayılan şəhərdə yox, hansısa bədəvi mədəniyyətinin təbliğ edildiyi şəhərin qonağı kimi hiss edirsən. Niyə?! Səbəb nədir?! İndi biri çıxıb deyəcək ki, “azad bazar iqtisadiyyatıdır” və hansısa turisti cəlb etmək, onlara “daha şirin” görünmək üçün istədiyim musiqini çalıb, mağazamın divarlarını fərqli dildə reklam yazıları ilə bəzəyə bilmərəm?! Bəs, 10 il sonra mənim soyumdan gələnlər sizə sual verməyəcəkmi biz bədəviyik, yoxsa türk?!

Millətimin mənim kimi düşünən fərdlərinin ruhunda Rəşid Behbudovların, Müslüm Moqamayevlərin, Şövkət Ələkbərovaların, Oqtay Ağayevlərin şirin səsinin, möhtəşəm əsərlərinin yaratdığı o titrəyişi bu bədəvi “mahnıları” yarada bilmir axı. Bu gün təbliğ edilməli olan, lakin edilməyən, sanki işğala məruz qalan mədəniyyətimin mənim kökümlə əlaqəsi olmayan musiqilərlə əvəzlənməsi insanı incidir və küçələrdə gəzərkən mənəvi cəhətdən nəfəs alan ruhumuzu qəfəsə salır, yadlaşdırır və özündən uzaqlaşdırır.

Hansısa əcnəbini elə onun mədəniyyəti, musiqisi ilə ölkəyə cəlb etməyə çalışmaq məqsədə nə qədər məntiqlidir?! Ümumiyyətlə məqsədimiz nədir?! Bilmirikmi bizim təbliğ etməyi unutduğumuz, ögeyləşdiyimiz mədəniyyətimizi oğurlayıb öz malı kimi dünyaya sırımağa çalışanlar o qədər də uzaqda deyil?! Bir zaman öncə zorla manqurtlaşdırılırdıq, indi isə görünür bu proses könüllü hal alıb. Mədəniyyətin, milli-mənəvi dəyərlərin qiyməti olmur, olmamalıdır. Bakını öz simasından çıxarmağa çalışanlar, nə etməyə çalışırsınız?! Tarixin sizlərlə hesab çəkəcəyi gündən heçmi qorxmursunuz?!

Qədim Bakı, əsrlər boyunca üzərində nə çirkin planlar quruldu, işğala, təhdidlərə məruz qaldın, fəryadın ərşə çəkildi. Lakin bu xalq qübbənin altına sığınıb səni qorudu, bizim idin və aid olduğun yerdə qaldın. Düşünmürəm ki, bu səssiz mədəni işğalına, simanın sakit və ustalıqla, aram-aram dəyişdirilməsinə göz yumacağıq. Bilirəm ki, bir gün yenidən sənin küçələrində gəzəndə əsl türk yurdu olduğunu və Qafqazda mədəniyyətin beşiyi olduğunu qürurla xatırlayacağıq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  2. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  3. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  4. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  5. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  6. Binədə yolu keçən qadını avtomobil vurub
  7. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  8. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  9. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  10. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?