“Bir daha mənim kimi futbolçu olmayacaq”
- 23-03-2022, 14:30
- İdman
“Milan”ın 40 yaşlı futbolçusu Zlatan İbrahimoviç bu il karyerasını başa vurmağı düşünmür.
“Azadsəs.az” xəbər verir ki, o, bu haqda jurnalistlərə açıqlamasında deyib.
“Karyeramı başa vurmaq barədə düşünəndə bir az qorxu hissi keçirirəm. Yaxşı nəticələr qazandığım və zədəyə görə ağrımadığım müddətdə oynamağa davam etmək istəyirəm. Karyeramı peşmanlıq duymadan bitirməliyəm. Ona görə də zamanı ən yüksək səviyyədə dəyərləndirməliyəm. Bu, 20-25 ilmi sürər, bilmirəm. Amma bir gün oyanacam və artıq heç bir planımın olmadığını görəcəm. O zaman isə ən çox siz üzüləcəksiniz. Məni futbolçu kimi görməyəcəksiniz. Bunun dadını çıxarın. Çünki bir daha mənim kimi futbolçu olmayacaq” - İbrahimoviç bildirib.
Təcrübəli oyunçu bu mövsüm “Milan”ın heyətində 18 oyunda meydana çıxıb, 8 qol vurub. O, Çexiya ilə DÇ-2022-nin matçı üçün 5 illik fasilədən sonra İsveç millisinə dəvət alıb.