Главная > Cəmiyyət > Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab...
Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab...30-05-2022, 19:38. Разместил: admin |
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verirlər. Modern.az saytı bununla bağlı Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatları sizə də təqdim edir. Son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib. Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar. 1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb. Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib. Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub. 15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək. Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir. Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib. Вернуться назад |