Təyyarənin göyərtəsində dünyaya gələn əfqan uşağına hava gəmisinin adı verildi
![](/uploads/posts/2021-08/medium/1630042367_fotojet-2021-08-26t123840_677.jpg)
CNN bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Uoltersə istinadən məlumat yayıb.
Generalın sözlərinə görə, hərbçilər “C-17” təyyarəsinin göyərtəsində dünyaya gələn qızın valideynləri ilə danışıb.
“Onlar körpənin adını Riç qoyublar. Belə ki, körpənin valideynlərini Qətərdən Almaniyanın Ramştayn şəhərinə aparan “C-17” təyyarəsinin şərti çağırış adı məhz Riç idi”, - deyə general Tod Uolters vurğulayıb.