FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - Fotolar
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
“Azadsəs.az” xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Azərbaycan Texniki Universitetində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Masazır kənd 1 nömrəli, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon Soltan Əliyev adına Haftoni qəsəbə, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayon Ərəbqardaşbəyli kənd, Aran Regional Mərkəzi tərəfindən isə Goranboy rayon A.Məmmədov adına 3 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.