FHN xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirdi - Fotolar
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirilib.
“Azadsəs.az” xəbər verir ki, məşqə FHN Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin şəxsi heyəti, Salyan Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının üzvləri, Mülki müdafiə xidmətləri və həmin xidmətlərdə yaradılmış ərazi Mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikaları cəlb olunub. Ümumilikdə nümunəvi məşqə rayonda fəaliyyət göstərən 14 idarə, müəssisə və təşkilatdan 146 nəfər əməkdaş və 34 ədəd texnika cəlb edilib.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiəyə dair tədbirlər planlarının reallığa uyğunluğunun yoxlanılması, cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə vərdişləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini - Rayon Fövqəladə Hallar Komissiyasının sədri vəzifəsini icra edən Rəşad Cəbrayılov, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəis müavini əvəzi daxili xidmət mayoru Ənvər Zərbəliyev, FHN-in Muğan Regional Mərkəzi Mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov çıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda nümunəvi məşqin təhlili aparılıb, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.