azadses.az » Manset » FHN: Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb

FHN: Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə şəhər və rayonlarımızda kollektiv mühafizə qurğularının, o cümlədən sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərin hazırlıq səviyyəsi, tutumu, rabitə-xəbərdarlıq sisteminin, kommunal təsərrüfatı, mövcud infrastruktur və kommunikasiya sistemlərinin, nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların, səhiyyə müəssisələrinin imkanları hərtərəfli təhlil edilib, bu istiqamətdə müvafiq tədbirlər görülüb.
FHN-dən "Report"a bildirilib ki, həmçinin Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xarakteri və ölkəmizin müharibə şəraitində yaşadığı nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyi cəbhəboyu zonada yaşayan əhalinin mülki müdafiəsinin aidiyyəti üzrə təmin edilməsi istiqamətində lazımi tədbirlər görüb. Belə ki, cəbhəboyu zonada və bilavasitə təmas xəttində yerləşən yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirilmə işləri həyata keçirilib. Bu çərçivədə, digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə əhaliyə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə kənd sakinlərinin həyətyanı sahələrində yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə qaydaları aşılanıb. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb. Bundan başqa, dinc dövrdə irimiqyaslı fövqəladə hallar, müharibə dövründə isə düşmən hücumları barədə əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə-xəbərdarlıq sisteminin vəziyyəti təhlil edilib, bu məqsədlə alternativ üsullardan istifadə edilməklə müvafiq tədbirlərin görülməsi təmin olunub.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  2. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  3. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  4. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  5. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  6. Argentinada 6 maqnitudalı zəlzələ olub
  7. Şanlıurfada yol qəzası olub, ölənlər var
  8. Lerik rayonunda zəlzələ baş verib
  9. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  10. Salyanda yay şumu qaldırılır
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"