33 yaşlı oğlan yanğında öldü
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən "Azadsəs.az"a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Bakı şəhəri, Nərimanov rayonunda baş verən avtoqəza nəticəsində iki nəqliyyat vasitəsinin arasından sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.
Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.