“Türk Kızılayı İstanbuldakı sənədsiz azərbaycanlılardan öz yardımını əsirgəmir” – Azərbaycanlı jurnalist
- 22-05-2020, 11:06
- Cəmiyyət
Azad Səs xəbər verir ki, Bu sözləri açıqlamasında Türkiyədə yaşayan Azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib.
Jurnalistin sözlərinə görə hal – hazırda dünyanı cənginə alan Korona virüs pandemiyasına görə iş yerləri bağlanan sənədsiz azərbaycanlılara yerli qurumlar, bələdiyyələr, qeyri – hökümət təşkilatları yardımcı olur: “Bu günlərdə İstasnbuldakı diaspor fəallarının səsinə Kızılay İstanbul Esenyurt rayon təşkilatının sədri Atilla Yavuz səs verib: “İlk öncə İstanbulun Qazi Osman Paşa rayonunda azərbaycanlıların məskunlaşdığı Karadeniz məhəlləsi və Hüriyyət küçəsində yaşayan həmvətənlərimizin siyahıyaalınma prosesi başladı. Daha sonra isə həmin ərazidə yaşayan 140 nəfərə ərzaq paylandı. Bu nəcib adımına görə biz öz adımızdan və diaspor təşkilatları adından Kızılay İstanbul Esenyurt rayon təşkilatına və təşkilatın sədri Atilla Yavuz bəyə öz təşəkkürümüzü bildiririk. Edilən yardımlar bir daha Türkün Türkdən başqa dostu olmadığını sübut etdi”.