azadses.az » Manset » "Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır

"Karabakh is Azerbaijan!" milli platforması beynəlxalq müstəvidə fəaliyyətə başlayır

"Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda süjet hazırlanıb.
"Karabakh is Azerbaijan" "YouTube" kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə "Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi" mövzusunda keçirilən videogörüşdə də "Karabakh is Azerbaijan!" platformasında birləşən gənclərin, diaspor könüllülərinin, azərbaycanlı diaspor gənclərinin gördükləri iş müsbət qiymətləndirilib.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama start verib. Bu müddət ərzində diaspor könüllüləri:
- Diaspor Könüllülərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarını Aprel Qəhrəmanlarının şah əsəri olan “Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndi ilə tanış etmək olub;
- 9 noyabr Bayraq günündə Könüllülər müxtəlif aksiyalar təşkil edib. Xaricdə yaşayan gənclər bağlı müəyyən videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıb. Azərbaycan Diaspor Könüllüləri Bakı şəhərinin Fəvvarələr meydanında 9 noyabr 2019-cu il tarixində saat 16:00-da xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Azərbaycan Respublikasının Dövlət Bayrağını hədiyyə edib, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar verib;
- XX əsrin bəşəri çinayətlər siyahısına düşmüş Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Müraciətlərə "Xocalıya ədalət!" kampaniyasına dair petisiyanın mətni də əlavə olunub. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında videoçarx hazırlanıb.
- Diaspor könüllüləri, ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənlərlə birlikdə facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1 000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb;
- Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı "YouTube" kanalı yaradılıb və videotəqdimatı keçirilib;
- Diaspor Könüllülərinin, eləcə də ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərimizin iştirakı ilə ABŞ konqresmenlərinin, xüsusilə ermənipərəst konqresmenlərin şəxsi sosial şəbəkə ünvanlarına, emaillərinə rus, fransız və ingilis dillərində 1 000-lərlə məktublar ünvanlayaraq Azərbaycanla bağlı həqiqətləri təqdim edib və Konqresmenləri beynəlxalq hüquq və normalar mövqeyindən çıxış etməyə səsləyiblər.
Qeyd edək ki, "Karabakh is Azerbaijan!" Milli Platforması Azərbaycan Diaspor Könüllüləri tərəfindən yaradılıb və hal-hazırda platformanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində o cümlədən, həm ölkə, həm də dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi üzərində ardıcıl işlər aparılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?