Sənədsiz evlərin məsələsi həll edilir - vaxt açıqlandı
- 16-01-2020, 14:17
- İqtisadiyyat
İşlər aprel ayına qədər tamamlanacaq
"Bakı şəhərində 163 000 sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb. Digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak aidiyyatı yerli komissiyalar tərəfindən araşdırılıb. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb".
Bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov isə daşınmaz əmlakın sənədləşməsindən danışarkən bildirib.
Onun sözlərinə görə, bu işlər aprel ayına qədər tamamlanacaq: "Ondan sonra müvafiq materiallar Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq".
R.Şahbazov qeyd edib ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərinə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir./report/