Füzulidə vətəndaşlarla görüş keçirildi - Fotolar
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə dünən Qazaxlar kəndində səyyar qəbul keçirib.
“Azadsəs.az” xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçiriləcəyini bildirib.
Alı Alıyev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə vətəndaş məmnunluğunun təmin edilməsidir. Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
O bildirib ki, 858 nəfər əhalinin yaşadığı Qazaxlar kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər.
Kənd sakinlərindən məcburi köçkün statusu olan 714 nəfərdən 633 nəfərə hər ay 37413 manat vahid aylıq müavinət ödənilir, 5 ailəyə ünvanlı sosial yardım təyin edilib, 5 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Qazaxlar kəndində 5 şəhid ailəsi, 2 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 125 nəfərə pensiya və müavinət verilir. Kənd sakinlərindən 200 nəfərə yaxını müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Kənddə məktəb, mədəniyyət evi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, kəndin suvarma suyu ilə bağlı problemlərinin həlli ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə, bağça tikintisi ilə bağlı isə AR-nın Təhsil Nazirliyinə, Birinci Qarabağ müharibəsi zamanı Qazaxlar kəndində yandırılmış, dağıdılmış evlərin təmir-bərpası ilə əlaqədar isə 2020-ci ilin may ayında AR-nın Nazirlər Kabinetinə rəsmi müraciət olunub.