azadses.az » Cəmiyyət » “5 il əvvəl tarixi binamızın fundamentini qəsdən qazıb aşırdılar” - Foto

“5 il əvvəl tarixi binamızın fundamentini qəsdən qazıb aşırdılar” - Foto

“Düz 5 ildir ki, yaşamaq üçün yararsız olan binada qalırıq. Sakinlərin bəziləri köçüb getdilər. Biz isə hələ də burdayıq. Bizə yeni bina yox, bu qədim binanın yenidən təmir olunması lazımdır”.

Bu şikayətlə “Azadsəs.az”a Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının sakinləri müraciət edib.

Onların sözlərinə görə, 2017-ci ilin oktyabrında “FF-2011” MTK tərəfindən tikinti işləri getdiyi zaman həmin ünvanda yerləşən tarixi bina aşırılıb: “Qədim Dövlət Reyestrində olan binanın fundamentini qəsdən qazıb aşırıblar. Biz hazırda bu binada yaşayırıq. Başqa hara gedəcəyik ki?! İmkanı olan köçüb getdi. Biz hələ də bu yararsız binada yaşayırıq. Acınacaqlı vəziyyətdəyik. Tək istəyimiz onun yenidən təmir olunmasıdır. Bütün məhkəmə instansiyaları sakinlərin xeyrinə olsa da, “FF” MTK sahibi heç bir dövlət qurumunu saymır. Bundan əlavə, 5 ildir Prokurorluğun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində istintaq gedir. Yenə də heç bir nəticə yoxdur. Sakinlərə söz veriblər ki, binanı bərpa edəcəklər. Amma elə beş ildir bu sözü eşidirik. O şirkətin də lisenziyası alındığına görə, binanın tikinti işlərini tamamlaya bilmirlər”.
Məsələ ilə bağlı “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ilə əlaqə saxladıq. Şirkətin rəhbəri “Qafqazinfo”ya bildirib ki, həmin binanın zədələnməsində onun günahı yoxdur: “Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Ondan sonra bütün sənədlərimi toplayıb inşaat pasportu aldım. Bütün sənədlərim qanuni və düzgündür.

Ərazidə yeni yol və park qurulduğu üçün Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini özü apardı. Yəni mən orda söküntü işi aparmamışam. Binanın zədələnməsində də heç bir rolum yoxdur. O binada yaşayanlar necə zərər görüblərsə, mən də onlar kimi zərər çəkmişəm. Çünki həmin ərazidə tikdirdiyim binanın işləri 2019-cu ildə yarımçıq saxlanıldı. Həmin vaxtdan tikintiyə icazə verilmir. Zərər də mənə dəyir. Çünki mən banklardan kreditlər götürərək həmin ərazidən köçürdüyüm adamlara vermişəm. İndi xəcalət çəkirəm ki, camaat evindən olub, amma əlimdən heç nə gəlmir. Bu məsələlərdə heç bir günahım yoxdur”.

Şirkətin rəhbəri əlavə edib ki, məhkəmə prosesi davam edir. Növbəti məhkəmə prosesi fevralın 23-də keçiriləcək.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”