Türkiyədə azərbaycanlı tələbələrdən örnək addım - FOTO
- 14-05-2020, 15:53
- Cəmiyyət
Türkiyənin Muğla şəhərində olan azərbaycanlı tələbələr Qızıl Aypara Cəmiyyətinə qan donorluğu ediblər.
Bu barədə “SonDakika” xəbər yayıb.
Məlumata görə, həmvətənlərimizlə yanaşı, Əfqanıstan, Qana, Suriya və Fələstindən olan tələbələr də eyni addımı atıblar.
Bildirilir ki, Muğla Sıtkı Koçman Universitetində təhsil alan 21 əcnəbi tələbə epidemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar ölkələrinə qayıda bilmədikləri üçün Kötekli məhəlləsindəki müvəqqəti evlərdə qalıblar. Lakin bir müddət sonra maddi çətinliklə üzləşiblər. Qızıl Aypara Cəmiyyətinin Menteşe şöbəsi tələbələrin yardımına çatıb.
Tələbələr isə buna təşəkkür olaraq, Qızıl Aypara Cəmiyyətinə qan bağışlayıblar.
Qurum da tələbələrin bu hərəkətini alqışla qarşılayıb:
“Ölkələrinə qayıda bilməyən 21 əcnəbi qonağımız və çox sayda dostumuz bizə qan bağışladı. Bununla da, “Siz bizi unutmadınız, biz də sizə bu formada təşəkkür edirik” dedilər. Bu bizi çox xoşbəxt etdi”, - deyə qurumun nümayəndəsi bildirib.