Главная > Cəmiyyət > Şuşanın icra başçısı Bayram Səfərov:'"Əlimdə imkan olsa Paşinyani qayadan tufulladaram."
Şuşanın icra başçısı Bayram Səfərov:'"Əlimdə imkan olsa Paşinyani qayadan tufulladaram."9-05-2020, 14:44. Разместил: azadses |
Şuşanın icra başçısı Bayram Səfərov AzTimes.az saytına müsahibəsində Paşinyanın Şuşa şəhərinə bu gün baş tutacaq səfəri ilə gəzən söhbətlərə münasibət bildirib. O, deyib ki, əlimdə imkan olsa Paşinyani qayadan tufulladaram. -Bayram bəy, iddia olunur ki, Paşinyan bu gün Şuşaya səfər edəcək. Buna münasibətiniz? Nə münasibət bildirim ona? Sizin münasibətiniz necədir? Mən də sizin kimi azərbaycanlıyam, demək ki, mənim də münasibətim pisdir də. Mən ona yaxşı ola bilmərəm. Şuşa mənim vətənimdir. -Bununla bağlı hər hansı bir bəyanat vermisiz? Bura bax, bir ela bəyanat verilir, mənim bəyanatımla nə olacaq? BMT-nin qətnamələri var.. Bunlar həyasız adamlardırlar. Nə qədər ki, bunların tərəfini saxlayanlar var mənim bəyanat verib, verməməyim nəyi dəyişəcək? Bu gün hamı Şuşalı olmalıdır. Şuşa mayın 8-dən, 8-nə yada düşməməlidir. - Ötən il saytlardan birinə Paşinyanın Şuşaya səfəri ilə bağlı məsahibənizdə bir ifadəniz müzakirə mövzusu oldu: "Paşinyan Şuşaya səfər ətdiyi yerdə qılçaları qırılsın". Həqiqətən bu ifadələr sizə məxsusdur? Siz onsuz da bundan başqa bir şey bacarmırsız. Hər sözdə bir məna axtarırsız.. Mən nə demişdim ki? Demişdim getdiyi yerdə qılçaları qırılsın! Nə deməliydim, jurnalist məni muştulluqluyurdu? Bura bax, öz gözünüzdəki tirləri görmürsüz mənim gözümdə tük axtarırsız. Jurnalistlər illərdir söz tapmır eyni sözləri hər dəfə təkrar edirlər. Sonra da deyirlər ki, Bayram müəllim jurnalistlərlə münasibət saxlamır. Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram. Mən xalqımıda sevirəm, vətənimi də sevirəm, torpağım uğrunda, cənab Prezidentimiz uğrunda hər zaman ölümə getməyə hazıram. - Sizin fikrinizcə Qarabağın azadlığı müharibədən, yoxsa danışıqlardan keçir? Düzünü bilmək istəyərsinizsə mən sülh yolunu seçirəm. - Əminsiz ki, sülh yolu ilə azad olunacaq? Mən Şuşalıyam, Şuşada döyüşlər də olan insanları görmüşəm. Anaları övladsız qalan, qardaşları şəhid olanları, qız-gəlinləri dul qalan görmüşəm. Uşaqlar yetim qalıb, qan tökülüb, gözümün qarşısında snaryad dəyib qadının qolu yerə düşüb... Mən bunların hər birinin şahidu olmuşam. -Bayram bəy, siz döyüşlərdə iştirak etmisiz? Mən Şuşada yaşamışam və həmin vaxt vəzifədə idim. Vəzifə borcumu yerinə yetirirdim. Dağlıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kəlbəcərə yaxın yerlərin təminatı ilə məşğul idim. O vaxt "raypo" deyilən bir idarə var idi. Mən həmin idarənin sədri, eyni zamanda "Azər ittifaq"ın idarə heyətinin üzvü idim. Heç görmüsüz müharibədə bir nəfər azərbaycanlı desin ki, "Mənim unum, çörəyim, nöyütüm, yeməyim yoxdur" ? Hamı deyirdi ki, silahlım yoxdur! Mən sinəmə döymürəm amma o xidməti mən göstərmişəm. Cəsarətlə, cürətlə tank, BTR, vertolyotla bütün kəndlərə tələbat mallarını çatdırmışam. Sonra isə mən Şuşa rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmuşam. Ondan sonra da 5 mart 1993-cü ildə keçmiş muxalifətçilərin vəzifəsini dondurması var idi, mən də onlarla bərabər vəzifəmi. Mən Şuşadan çıxanda 2009-cu ilə kimi heç kim mənə vəzifə təklif etməyib. 2009-cu ildə cənab Prezidentimizin sərəncamı ilə Şuşa rayonuna icra başçısı təyin olunmuşam. Bu günə qədər də canımla, qanımla xidmət edirəm və çalışıram ki, möhtərəm Prezidentimizin tapşırıqlarına imkanım qədər, mümkün qədər riayət edim. Pərvin Abışova /AzTimes.az/ Вернуться назад |