“Baku Steel Company” MMC-də bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. APA xəbər verir ki, ərazidə işləyən kranın bir hissəsi qırılaraq “KamAZ” markalı yük avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində yük maşınının sürücüsü ölüb. Faktla bağlı araşdırma aparılır.