Tovuzda avtomobil qəzası olub, xəsarət alan var
![](/uploads/posts/2021-07/medium/1627170961_271eddb0-721d-33bf-ba96-32eefcbe7d17_850.jpg)
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində başverib. Yol-nəqliyyat hadisəsi zaman, 39 yaşlı M.İsgəndərov xəsarət alıb.
O, Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.