Главная > Cəmiyyət / Manset > Tovuzda avtomobil qəzası olub, xəsarət alan var

Tovuzda avtomobil qəzası olub, xəsarət alan var


25-07-2021, 12:51. Разместил: azadses
Tovuz şəhər ərazisində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində başverib. Yol-nəqliyyat hadisəsi zaman, 39 yaşlı M.İsgəndərov xəsarət alıb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад