Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var
![](/uploads/posts/2021-06/medium/1623907408_1-43.jpg)
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İbrahimov Amil Tofiq oğlu xəsarətlər alıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona baş-beyin silkələnməsi və çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.