Главная > Cəmiyyət / Manset > Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var


17-06-2021, 08:30. Разместил: azadses
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İbrahimov Amil Tofiq oğlu xəsarətlər alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş-beyin silkələnməsi və çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад