Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır
![](/uploads/posts/2021-06/medium/1622872531_n.jpg)
“Report” xəbər verir ki, yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.
Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.
Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.