Главная > Cəmiyyət / Manset > Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız axtarılır


5-06-2021, 08:11. Разместил: azadses
Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız axtarışa verilib.

“Report” xəbər verir ki, yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.

Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.

Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.


Вернуться назад